Bakıda futbol meydançasında meyit tapıldı
Hadisə
Bakının Nizami rayonunda meydançada meyit tapılıb.
News24.az xəbər verir ki, hadisə avqustun 2-də Q.Qarayev prospekti 81-də yerləşən futbol meydançasında qeydə alınıb.
Meyiti tapılan şəxsin Bakı şəhər sakini 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu bildirilir.
Meyit üzərində zorakılıq əlamətləri görünməyib.
Araşdırma aparılır.