Bakıda güclü yağış fəsadlar törətdi - Video

Bakıda güclü yağış fəsadlar törətdi - Video Hadisə

Bakıda intensiv yağıntılar bir sıra ərazilərdə ənənəvi problemlərlə müşayiət olunur.

News24.az xəbər verir ki, bura xüsusi ilə Sabunçu Dəmiryol Vağzalının qarşısı və Sulutəpə qəsəbəsinin müəyyən küçələri də daxildir.

Güclü yağış nəticəsində bu və digər ərazilərdə yolları su basıb, nəqliyyatın və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.