Bakıda güclü yanğın

Bakıda güclü yanğın Hadisə

Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən bildirilib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.