Bakıda yanacaq çənindəki yanğın söndürüldü - VİDEO/YENİLƏNİB
Hadisə
Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
***
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
News24.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.