Bakıda HADİSƏ: - Məşhur jurnalist qəzaya düşdü - FOTO
Hadisə
Bakıda Globalinfo.az saytının baş redaktoru Azər Ayxan qəzaya düşüb.
News24.az xəbər verir ki, bu barədə Azər Ayxanın özü məlumat verib.
Baş redaktor hər şeyin yaxşı olduğunu bildirib.
“Şəxsi və ümumi planda neqativ, problem paylaşmağı sevmirəm. İnsanlar yetərincə yüklüdür, dərdlidir, bir də əlavə neqativ verməyə gərək yoxdur. Prinsipim hər zaman belə olub: mənim problemim mənə aiddir.
Dünən keçirdiyim qəza haqda fotonu və xəbəri paylaşmaqda məqsəd əlavə söz-söhbətə və yaxın çevrədə narahatlığa son qoymaqdır. Çox şükür, zədəsiz qurtulduq. Təhlükəsizlik kəməri olmasaydı, zədə alacağıma şübhə etmirəm. Dünəndən zəng edən, maraqlanan hər kəsə təşəkkür edirəm”, - baş redaktor paylaşımında qeyd edib.
Nəzrin