Bakıda hasar qaz xəttinin - ÜZƏRİNƏ AŞDI

Bakıda hasar qaz xəttinin - ÜZƏRİNƏ AŞDI Hadisə
Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.

"Azəriqaz" İB-dən News24.az-a verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000 dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.