Bakıda hava limanında dava-dalaş - Həbs edilən var

Bakıda hava limanında dava-dalaş - Həbs edilən var Hadisə

Noyabrın 27-də Bakı şəhəri, Binə qəsəbəsində yerləşən Beynəlxalq Hava Limanında insident baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, 733 saylı Dubay–Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı, 1983-cü il təvəllüdlü Ş. Süleymanov (şərti) hava limanında xidmət aparan gömrük əməkdaşları ilə mübahisə edib. Hadisə saat 20:00 radələrində münaqişəyə çevrilib və polislər müdaxilə etmək məcburiyyətində qalıblar.

Saxlanılaraq polis idarəsinə gətirilən şəxsin Biləsuvar sakini olduğu müəyyən edilib. O, əsəbi olduğu üçün aeroportdakı gömrükçülərlə dalaşaraq onları söydüyünü etiraf edib.

Barəsində İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə uyğun protokol tərtib edilən Ş. Süleymanov Xəzər Rayon Məhkəməsinə çıxarılıb və məhkəmənin qərarı ilə 20 sutkalıq həbs cəzası alıb.

Yaşar Araz