Bakıda kafedə insident olub - Saxlanılanlar var
Hadisə
Bakının Nərimanov rayonunda kafelərin birində baş verən insidentlə bağlı 3 nəfərin şəxsiyyəti müəyyən olunub.
News24.az xəbər verir ki, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb.
Şəxsiyyəti müəyyən edilənlərin saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.