Bakıda kişi keçmiş arvadını və onun qardaşını - BIÇAQLADI

Bakıda kişi keçmiş arvadını və onun qardaşını - BIÇAQLADI Hadisə
Bakıda kişi keçmiş həyat yoldaşını və qaynını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.