Bakıda mağazada başlayan yanğın evlərə keçdi

Bakıda mağazada başlayan yanğın evlərə keçdi Hadisə

Bakıda mağazada başlayan yanğın evlərə keçib.

News24.az “Reporta istinadən xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.

Belə ki, obyektə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

Digər mənzillərdə yaşayan sakinlər təxliyə edilib. Yanğın qısa müddətdə söndürülüb, bir nəfər sakin tüstüdən zəhərlənib. Hadisənin başvermə səbəbləri araşdırılır.