Bakıda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var - YENİLƏNDİ

Bakıda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var - YENİLƏNDİ Hadisə

Paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, “Bus Trans” MMC-yə məxsus 51 nömrəli marşrut avtobusu idarəetmədən çıxaraq 3 minik avtomobili ilə toqquşub. Daha sonra avtobus SOCAR-ın Təlim və Tədris Mərkəzinin hasarına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində yaralananlar var. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır. (Avtosfer.az)


26.08.2026-cı il tarixində saat 11:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi ərazisindən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış qeydə alınıb.

Bu barədə News24.az-a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi) kürəyin travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsinin müvafiq şöbəsində pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Bakıda marşrut avtobusu qəzaya düşdü: Yaralılar var - YENİLƏNDİ