Bakıda maşınla qadını vurub hadisə yerindən belə qaçdı - VİDEO
Hadisə
Bu gün səhər saatlarında Binəqədi rayonu, Gənclər Şəhərciyi ərazisində qadın piyada avtomobillə vurulub.
News24.az xəbər verir ki, qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü 35 yaşlı piyadanı vuraraq öldürüb. Daha sonra sürücü hadisə yerindən yayınıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib.
Faktla bağlı istintaq araşdırmaları aparılır. (Unikal)