Faciəvi hadisə ilə bağlı AYNA-dan rəsmi açıqlama - YENİLƏNDİ/Video
Hadisə
Məsələ ilə bağlı AYNA-dan News24.az-a bildirildi ki, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib.
"Vətəndaşın vəziyyəti nəzarətdə saxlanılır və bütün lazımi tibbi tədbirlər həyata keçirilir.
Hadisə ilə bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
***
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində keçirilən tədbir zamanı monitor aşıb.
News24.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə nəticəsində bir qadının ciddi xəsarət aldığı bildirilib.