Bakıda obyekt sahibi piyada səkisini SÖKDÜ - FOTO
Hadisə
Paytaxtın Nizamı rayonunda daha bir piyada səkisi "obyekt" sahibləri tərəfindən sökülüb.
News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, rayonun, Şərq küçəsində Azərsutikinti Xəstəxanasının yanında piyada səkisi sökülüb. Yeni tikilən obyektin sahibinin burada piyada səkisi hesabına "parkinq" yaratmaq istədiyi ehtimal olunur.
Fotoları təqdim edirik: