Bakıda piyadalar faciədən son anda qurtuldu - ANBAAN GÖRÜNTÜLƏR
Hadisə
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciət edib.
News24.az xəbər verir ki, müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda öz əksini tapıb:
1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;
2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;
3. Sərt əyləcdən istifadə etməməli;
4. Düzgün ara məsafəsi saxlamalı;
5. Dayanmalı və piyadalara yol verməlidirlər.
“Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq”, - deyə NİİM-dən bildirilib.