Bakıda qadın bıçaqlanaraq öldü: Qardaşı şübhəli bilinir

Bakıda qadın bıçaqlanaraq öldü: Qardaşı şübhəli bilinir Hadisə

Bakı şəhərinin Binəqədi rayonunda qətl hadisəsi baş verib.

News24.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Binəqədi qəsəbəsinin Həmzə Babaşov küçəsində qeydə alınıb.

Məlumata görə, qardaş bacısına bıçaqla xəsarət yetirib. Qadın aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.