Bakıda qadın evinin həyətində ölü tapıldı
Hadisə
Bakıda evdən qadın meyiti tapılıb.
News24.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Ülviyyə Qərib qızı Qədirlinin meyiti yaşadığı evin həyətində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır. (Lent.az)