Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyakı polis saxladı - VİDEO

Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyakı polis saxladı - VİDEO Hadisə

Bakıda ictimai nəqliyyatda qadınlara qarşı əxlaqsız təkliflər edən manyak peyda olub.

News24.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Qadınları narahat edən adamın görüntüsü sosial şəbəkələrdə yayılandan sonra xeyli insan bu adam haqqında mənfi şərhlər yazmağa başlayıb.

Yazılan şərhlərdən belə məlum olub ki, bu adam manyakdır və xeyli sayda qadına qarşı eyni əməli törədib.

Əldə etdiyimiz məlumata görə, yayılan görüntülərlə bağlı polis tərəfindən dərhal araşdırmalara başlanıb.

Bakıda 119 saylı marşrut avtobusunda qadınlara qarşı qeyri-əxlaqi hərəkətlər edən şəxs polis tərəfindən müəyyən olunub.

Həyata keçirilən tədbirlərlə həmin şəxsin 46 yaşlı Nizami İsgəndərov olması müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Hazırda onun əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.(lentaz)