Bakıda qazanxana partladı - FOTO
Hadisə
Yasamal rayonundakı qazanxanada baş verən partlayışda bir nəfər xəsarət alıb.
News24.az APA-ya istinadla xəbər verir ki, həmin şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Partlayış səbəbindən qazanxanın ətrafındakı binaların pəncərə şüşələri qırılıb.
Baş vermiş partlayışla əlaqədar binalara istiliyin verilməsi dayandırılıb.
Hadisənin təfərrüatı araşdırılır