Bakıda qəza oldu - ölən və yaralananlar var - Video - Yeniləndi
Hadisə
Bu gün saat 05:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Buzovna qəsəbəsi, Mərdəkan yolu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə News24.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə olunub. Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi və qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub
09:37
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə News24.az-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “KİA” markalı minik avtomobilinin “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1991-ci il təvəllüdlü Bağırzadə Məhərrəm Dilafət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Məmmədova Gəvahir İsmayıl qızı vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.