Bakıda restoranda meyit tapıldı

Bakıda restoranda meyit tapıldı Hadisə

Bakıda restoranda 64 yaşlı kişinin meyiti tapılıb.

News24.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda baş verib.

Məlumata görə, 1962-ci il təvəllüdlü Bəxtiyar Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi B.Çobanzadə küçəsindəki restoranda tapılıb.

Faktla bağlı araşdırma aparılır.