Bakıda səhər saatlarında dəhşət: - Ölən var

Bakıda səhər saatlarında dəhşət: - Ölən var Hadisə

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

News24.az Oxu24.com-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, İslam Yusifovun sükanı arxasında olduğu "Toyota Prius" markalı avtomobil Rövşən Abbasovun idarə etdiyi "Azİnşaat" MMC-yə məxsus "MAN TGA" markalı yük avtomobilinin arxa hissəsi ilə toqquşub.

Nəticədə İslam Yusifov aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.