Bakıda sərnişin avtobusu piyadanı vurdu

Bakıda sərnişin avtobusu piyadanı vurdu Hadisə

Bakının Sabunçu rayonunda avtobus piyadanı vuraraq ona xəsarət yetirib.

News24.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1989-cu il təvəllüdlü Səliyev Bəxtiyar Ağadur oğlu dayanacaqdan yolun digər tərəfinə keçmək istəyərkən onu 208 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.