Bakıda sərnişin avtobus dayanacağında öldü
Hadisə
Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən hadisə baş verib.
News24.az xəbər verir ki, martın 18-i saat 08 radələrində Bəhruz Nuriyev küçəsində yerləşən dayanacaqda sərnişin ölüb.
Ölən şəxsin Masallı rayon sakini 1960-cı il təvəllüdlü Seyfəddin Hüseynov olması məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz