Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video

Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video Hadisə

Bakının Babək prospektində sürücü “Chevrolet Cobalt” markalı avtomobili yolun hərəkət hissəsinin ortasında saxlayıb.

News24.az xəbər verir ki, avtomobilin yolun ortasında park edildiyini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılaraq hərəkətin fasiləsizliyi təmin edilib.

Polis əməkdaşları tərəfindən sürücü barəsində məsuliyyət tədbirləri görülüb.