Bakıda sürücüləri bezdirən svetaforu sökdülər - – FOTO

Bakıda sürücüləri bezdirən svetaforu sökdülər - – FOTO Hadisə
Bakıda sürücülərin narazılığına səbəb olan svetafor sökülüb.

News24.az-ın məlumatına görə, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən və Əhmədli metrosundan “Təbrik” şadlıq evi istiqamətində quraşdırılmış 2-ci svetafor sürücülərin çoxsaylı şikayətindən sonra ləğv edilib. Yolun eyni istiqamətində hərəkəti tənzimləyən digər svetaforun mövcudluğu və kənardan nəqliyyat vasitələrinin gəlməməsi səbəbindən svetafroun yığışdırılmasına qərar verilib.