Bakıda ticarət mərkəzində bədbəxt hadisə

Bakıda ticarət mərkəzində bədbəxt hadisə Hadisə

Bakıda ticarət mərkəzində lift təmir edən usta yıxılaraq xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə avqustun 5-də Q.Qarayev prospekti 105-də yerləşən Laçın ticarət mərkəzində baş verib.

Lift ustası Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Namiq Məmmədov lifti təmir edərkən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov orada ölüb.

Araşdırma aparılır.