Bakıda tikintidə bədbəxt hadisə : Fəhlənin üstünə beton düşdü
Hadisə
Səbail rayonundakı tikinti meydançalarının birində bədbəxt hadisə baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə oktyabrın 28-i saat 23 radələrində Salyan yolu 16-da yerləşən “Baku “Automation and Construction” MMC-də baş verib.
Tikinti meydançasında Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Yusif Yusifovun üzərinə beton düşüb.
Xəstəxanaya yerləşdirilmiş Y.Yusifovun vəziyyəti orta-ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Yaşar Araz