Bakıda uşaqları ilə yoxa çıxan anadan - YENİ XƏBƏR
Hadisə
Bakıda itkin düşən ana uşaqları tapılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev lent.az-a bildirib ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini olan 32 yaşlı qadının oktyabrın 4-ü günorta saatlarında övladları ilə birgə itkin düşməsi ilə bağlı polis orqanına müraciət daxil olub:
"Bununla bağlı araşdırma aparılıb. Kriminal tərkib yoxdur. Onların harada olduqları məlumdur", - deyə o bildirib.