Bakıda vəfat edən tələbə ilə bağlı təsirli paylaşım – Video
Hadisə
Xəbər verdiyimiz kimi, Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Qəşəm Alıyev, oktyabrın 19-u vəfat edib.
News24.az xəbər verir ki, Gəncə şəhər sakini olan Q.Alıyevin meyiti həmin gün saat 17 radələrində, kirayədə yaşadığı Binə qəsəbəsindəki evin həyətində aşkar edilib.
Qəşəmin tələbə yoldaşları onunla birlikdə keçirdikləri xoş anları əks etdirən və dəfn mərasimi görüntülərini paylaşaraq, onun həyat dolu və gülərüz insan olduğunu göstərməyə çalışıblar.
Qeyd edək ki, ölüm faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Sözügedən videonu təqdim edirik:
Yaşar Araz