Bakıda yaşayış evində uçqun - Ölən və yaralanan var

Bakıda yaşayış evində uçqun - Ölən və yaralanan var Hadisə

Paytaxtın Suraxanı rayonu, Bahar qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun olub.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, tikilməkdə olan fərdi yaşayış evində beton plitələrin uçması nəticəsində dağıntı altında qalanların olduğu müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə dağıntı altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan vətəndaş, 1966-cı il təvəllüdlü Xəlil Şərif oğlu Mehdiyevi sağ, digər vətəndaş, 1969-cu il təvəllüdlü Cəlil Şərif oğlu Mehdiyevin isə meyitini dağıntı altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.