Bakıda yaşayış kompleksində yanğın - Maşınlara ziyan dəydi

Bakıda yaşayış kompleksində yanğın - Maşınlara ziyan dəydi Hadisə

Bakının Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən “Uğur” yaşayış kompleksində qeydə alınıb.

Binanın həyətində yerləşən məişət tullantıları yanıb. Məlumat daxil olduqdan sonra əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində məişət tullantıları üçün nəzərdə tutulmuş qutularda baş vermiş yanğın qısa müddətdə söndürülüb və alovun ətraf əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində altı ədəd plastik tullantı qutusu, yaxınlıqda park edilmiş “Audi” markalı minik avtomobilinin arxa yük hissəsi, “Nissan” və “Ford” markalı minik avtomobillərinin arxa bamperləri, eləcə də “Ford” markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.//APA


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sanunçu rayonu, Bakıxanov qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində məişət tullantıları üçün nəzərdə tutulan qutularda baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları üçün ayrılmış ərazidə altı ədəd plastik qutu, yaxınlıqda park edilmiş "AUDİ" markalı minik avtomobilinin arxa yük hissəsi, "NİSSAN" və "FORD" markalı minik avtomobillərinin arxa bamperi, "FORD" markalı yük avtomobilinin ön bamperi yanıb.

Avtomobillərin böyük hissəsi və ərazidə park edilmiş digər avtomobillər yanğından mühafizə olunub.