Yasamalda evdə yanğın olub, xəsarət alan var

Yasamalda evdə yanğın olub, xəsarət alan var Hadisə

Bakının Hüseyn Cavid prospektində yaşayış mənzili yanıb.

News24.az xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.

"Evdə 2 nəfər olub. Xəsarət alan 1 nəfərə yerində tibbi yardım göstərilib və xəstəxanaya aparılıb. Yanğın nəticəsində ev yararsız vəziyyətə düşüb. FHN-in yanğınsöndürmə xidməti hadisə yerinə cəlb edilib".