Bakıda yolu keçən qadını maşın vurub öldürdü - Fotolar
Hadisə
Paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.
News24.az xəbər verir ki, Mərdəkan dairəsindən Buzovna qəsəbəsinə gedən yolda — Şağan qəsəbəsi ərazisində minik avtomobili yolu keçən qadını vurub.
Nəticədə piyada həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)