Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı

Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı Hadisə

Polis Nərimanov rayonunda kafelərdən birində baş verən insidentlə bağlı daha üç nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonunda yerləşən kafelərdən birində baş verən insidentlə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən daha üç nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev Nərimanov rayonunda polisin keçirdiyi növbəti tədbirlərlə saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.