Bakının bu rayonu qaranlığa qərq oldu – YENİLƏNİB

Bakının bu rayonu qaranlığa qərq oldu – YENİLƏNİB Hadisə

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

***22:06

Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən bir sıra çoxmərtəbəli binalarda elektrik enerjisi kəsilib.

News24.az xəbər verir ki, bu barədə "Bakupost"a sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, təxminən, saat 21 radələrində bir neçə binada eyni vaxtda işıqlar sönüb.

Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi və bərpa olunacağı vaxt məlum deyil.