Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı

Bakının mərkəzində hərəkət məhdudlaşdırıldı Hadisə

Bakıda Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində yolda qazıntı işləri aparılır.

News24.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, həmin hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən nəzərə almaları xahiş edilir.