Bakıda aptekdə ölüm hadisəsi
Hadisə
Paytaxtın mərkəzində yerləşən apteklərin birində ölüm hadisəsi baş verib.
News24.az xəbər verir ki, avqustun 29-u saat 13 radələrində Üzeyir Hacıbəyli küçəsi 46/50-də yerləşən aptekdə 55-60 yaşlı kişi ölüb.
Məlum olub ki, vəfat edən şəxs Zəngilan rayon sakini 1968-ci il təvəllüdlü Mehman Mahmudovdur. Onun infarktdan öldüyü bildirilib.
Araşdırma aparılır. /Qafqazinfo/