Bakıxanovdakı yanğın söndürüldü - YENİLƏNDİ

Bakıxanovdakı yanğın söndürüldü - YENİLƏNDİ Hadisə

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsindəki sexdə yanğın baş verib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

12:40


Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə News24.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı xəsarət alan olmayıb.