Bakıya uçan təyyarə Rusiyada təcili eniş etdi
Hadisə
"UTair" aviaşirkətinin Rusiyanın Tümen şəhərindən Bakıya uçan təyyarəsi texniki səbəbdən Ufada planlaşdırılmamış eniş edib.
News24.az xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"Avqustun 12-də yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə 20:15 - red.) "UTair" aviaşirkətinin Tümen-Bakı marşrutu üzrə reysi yerinə yetirən təyyarəsi "Ufa" beynəlxalq hava limanında məcburi eniş edib. Marşrutdan kənaraçıxmaya texniki səbəbdən ekipajın qərarı ilə yol verilib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, eniş ştat rejimində baş tutub. Nəqliyyat prokurorluğu tərəfindən nəzarət tədbirləri təşkil olunub, sərnişinlərin hüquqlarının qorunmasına nəzarət edilir. (Oxu.az)