Balakəndə 43 yaşlı kişini sel apardı, meyiti tapıldı — YENİLƏNDİ
Hadisə
Balakəndə selin apardığı 43 yaşlı kişinin meyiti tapılıb.
News24.az xəbər verir ki, aparılan axtarışlar nəticəsində Katex çayında sel sularının gətirdiyi ağac kötüklərini yığan zaman suyun apardığı 43 yaşlı Aslan Rzayevin meyiti Katex kənd 2 saylı məktəbin arxasından keçən çaydan tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
***16:46
Balakəndə 43 yaşlı kişini sel aparıb.
News24.az xəbər verir ki, rayonun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev və həmyerlisi Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıblar.
Onlardan biri sudan çıxa bilib. Lakin A.Rzayevi sudan çıxarmaq mümkün olmayıb.
Hazırda onun axtarışları davam etdirilir.