Balakəndə DƏHŞƏTLİ SİLAHLI İNSİDENT - 5 nəfər AĞIR XƏSARƏT ALDI

Balakəndə DƏHŞƏTLİ SİLAHLI İNSİDENT - 5 nəfər AĞIR XƏSARƏT ALDI Hadisə
Balakən rayonunun Yeni Şərif kəndində baş verən silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicələri cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir.

1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.