Balakəndə piyadanı avtomobil vurdu
Hadisə
Beyləqan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza rayonun Allahyarlı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Tahir Dadaş oğlu Təhməzov yolu keçmək istəyən zaman hərəkətdə olan “Mercedes” markalı avtomobil onu vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan T. Təhməzov Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, ona sol aşıq baldır oynağının qapalı yerdəyişən sınığı diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslı tibbi yardımın göstərilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır. (Trend)