Balakəndə qəza - Ölən və xəsarət alanlar var - YENİLƏNDİ
Hadisə
Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda, Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
“Hyundai”, “KİA” və “Toyota" markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Balakəndə baş verən yol qəzasında üç nəfər ölüb.
News24.az xəbər verir ki, qəza zamanı üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Ölənlərdən birinin "Toyota"da olan sərnişin, Balakən sakini Rəşad Mütəllibov və "Hyundai"nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir./APA