Balakəndə yaşayış evi uçdu, vətəndaşlar köməksiz vəziyyətdə qaldılar – VİDEO
Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Balakən rayonunun Talalar kəndində yerləşən fərdi yaşayış evində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
News24.az xəbər verir ki, məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Əməliyyat zamanı müəyyən edilib ki, evin giriş hissəsində qapının və ətraf konstruksiyaların uçması nəticəsində sakinlər çölə çıxa bilməyərək köməksiz vəziyyətdə qalıblar. Xilasedicilər uçqun nəticəsində yaranmış maneələri operativ şəkildə aradan qaldıraraq vətəndaşları təhlükəsiz şəkildə təxliyə ediblər.