Balaxanıda güclü yanğın oldu - Video/YENİLƏNDİ
Hadisə
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğın tam söndürülüb.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
***20:50
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın məhdudlaşdırılıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını genişlənməyə imkan vermədən qısa müddətdə məhdudlaşdırıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Hadisə zamanı xəsarət alan olmayıb.
***20:00
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın başlayıb.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.