Balina - YENƏ SAHİLDƏ

Balina - YENƏ SAHİLDƏ Hadisə

Avstraliyada 157 balinanın sahilə çıxdığı görülüb.

News24.az bildirir ki, səlahiyyətlilər 24-48 saat əvvəl sahilə çıxan balinaların xilas edilməsi üçün işlərə başlanıldığını, lakin balinaları xilas etmək üçün şəraitin uyğun olmadığını deyiblər. 

Onlar balinaları xilas etmək üçün bütün vasitələrin tükəndiyini və heyvanları okeana qaytarıb xilas etmək üçün heç bir yol olmadığını, hələ də sağ qalan balinaların əziyyət çəkməmələri üçün evtanaziya ediləcəyini bildirib.

Səlahiyyətlilər 157 balinadan 90-nın sağ olduğunu təxmin edir.

Zəhraxanım Şeydayeva