Balıq tutarkən uşağı ildırım vurdu - DƏHŞƏT

Balıq tutarkən uşağı ildırım vurdu - DƏHŞƏT Hadisə

Perm vilayətində balıq tutarkən 14 yaşlı uşağı ildırım vurub.

News24.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisə iyunun 3-də Kama çayının sahilində, Ust-Nıtva kəndi yaxınlığında baş verib. 14 yaşlı uşağı xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə