Balıqçılar arasında atışma – - Ölənlər VAR

Balıqçılar arasında atışma – - Ölənlər VAR Hadisə

Keniya ilə Efiopiya arasında Omo çayı yaxınlığında balıqçılar arasında atışma olub. 

News24.az xəbər verir ki, baş verən qarşıdurmada 13 nəfər ölüb, 3 nəfər yaralanıb, 22 nəfər itkin düşüb.

Keniyanın Turkana valisi Yeremya Lomorukai qarşıdurmalar zamanı 15 qayığın oğurlandığını açıqlayıb. Lomorukai həmçinin Efiopiyanın Daseneç etnik qrupundan olan altı balıqçının sağ-salamat xilas edilərək ölkələrinə qayıtdığını açıqlayıb.

Keniyanın daxili işlər naziri Kipçumba Murkomen bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini və Efiopiya hakimiyyəti ilə əlaqə saxladıqlarını bildirib. Murkomen vurğulayıb ki, iki icma arasında gərginliyi azaltmaq və sülhə nail olmaq üçün diplomatik səylər davam edir.

Bölgədə baş verən bu hadisə Keniya-Efiopiya sərhədindəki təhlükəsizlik problemlərini bir daha gündəmə gətirib və səlahiyyətlilər gərginliyin daha da artmasının qarşısını almaq üçün tədbirlər görməyə çalışır.

Aynurə