Bankdan 10 milyon avro oğurlandı

Bankdan 10 milyon avro oğurlandı Hadisə

Almaniyanın Lübek şəhərində cinayətkarlar 326 seyfi sındıraraq bankdan 10 milyon avro oğurlayıblar.

News24.az “Bild” nəşrinə istinadən xəbər verir ki, hadisə “Deutsche Bank”ın filialında baş verib.

Məlumata görə, bankın saxlanc hissəsində nə kameralar, nə də hərəkət sensoru olub.

Polisin məlumatına görə, c*nayətkarlar çantalarını pul, qızıl və qiymətli kağızlarla doldurub, daha sonra avtomobillə naməlum istiqamətə gediblər.

İnsidentdən sonra bank təhlükəsizlik tədbirlərini gücləndirib, müştəriləri bank işçiləri və mühafizəçilər seyfdə müşayiət edirlər.

Bununla belə, zərər çəkmiş əmanətçilər başqa problemlə üzləşirlər: “Deutsche Bank” təzminatı ödəməkdən imtina edir.

C*nayətkarlar hələ də tapılmayıb, polis araşdırmalarını davam etdirir.

“Deutsche Bank” nümayəndəsi hadisəni şərh etməkdən imtina edib./apa